...

Vaqif Sadıqov: "Azərbaycan yığmasına əcnəbi rəhbərlik etməlidir"

Cəmiyyət Materials 19 Noyabr 2005 14:53 (UTC +04:00)

"Azərbaycan yığmasına əcnəbi rəhbərlik etməlidir". Bu barədə Trend ə milli komandanın keçmiş baş məşqçisi Vaqif Sadıqov bəyan edib.

Məşqçi hesab edir ki, milli futbola yeni fikir və ideyalar lazımdır ki, bunu da xarici mütəxəssis gerçəkləşdirə bilər. Məşqçinin şəxsi və peşəkar keyfiyyətləri bir çox şeyi həll edə bilər. Amma yaxşı olar ki, o, öz sələfi Karlos Alberto Torresin səhvlərini təkrar etməsin. "Mən hesab edirəm ki, bugünkü gündə Hollandiya məşqçiləri çox məhsuldar işləyir. Onların rəhbərliyi ilə dörd yığma Almaniyada keçiriləcək dünya çempionatının finalına düşüb və bu kifayət qədər rəmzidir" -deyə V.Sadıqov bildirib.

Xatırladaq ki, V.Sadıqov Azərbaycanın gənclərdən ibarət yığması ilə işləmək barədə istəyini bildirib.

Xəbər lenti

Xəbər lenti