...

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında 13-cü medalı qazanıb (ƏLAVƏ OLUNUB)

İdman Materials 27 Sentyabr 2013 00:13 (UTC +04:00)
İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 26-da 4 medal qazanıblar.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında 13-cü medalı qazanıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər sentyabrın 26-da, saat 16:14-də yayılıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 26-da 4 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gün ərzində yarışan hər üç ağırlıqqaldıranımız medal qazanıb. 77 kq çəkidə yarışan Əfqan Bayramov 320 kq (138 kq + 182 kq) nəticə ilə gümüş medala yiyələnib. Ardınca isə digər ağırlıqqaldıranımız - 85 kq çəkidə Namiq Cəmilov 328 kq (151 kq + 177 kq) ağırlığın öhdəsindən gələrək Oyunların bürünc medalını qazanıb.

94 kq çəkidə yarışan İntiqam Zairov da gümüş medal qazanıb. İntiqam birdən qaldırmada 165 kq, təkanla isə 200 kq qaldıraraq ümumi 365 kq nəticə göstərib.

Günün sonunda isə Azərbaycan komandasının 4-cü qızıl medalı qazanılıb. Üzgüçü Boris Kirilov 200 metr məsafəyə arxası üstə üzmədə birinci olub.

Bununla da, Azərbaycan idmançılarının qazandıqları medalların sayı 13-ə yüksəlib. 4 qızıl, 6 gümüş və 3 bürünc medalla komandamız ümumi hesabda 7-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti