...

"Baku Fires" Polşadan qələbə ilə dönür

İdman Materials 29 Mart 2015 20:26 (UTC +04:00)
Ümumdünya Boks Seriyasının (WSB) 11-ci turunda Azərbaycanın “Baku Fires” klubu Polşanın Qdansk şəhərində “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb.
"Baku Fires" Polşadan qələbə ilə dönür

Azərbaycan, Bakı, 29 mart /Trend/

Ümumdünya Boks Seriyasının (WSB) 11-ci turunda Azərbaycanın "Baku Fires" klubu Polşanın Qdansk şəhərində "Rafako Hussars Poland" komandası ilə qarşılaşıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, görüş komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Döyüşlərin nəticələri:

"Rafako Hussars Poland" - "Baku Fires"

49 kq. David Yaqodinski - Rəsul Saliyev 3:0 (49:45, 49: 45, 48:47)
56 kq. Silvestr Kozlovski - Məhəmməd Qurbanov 0:3 (45: 49, 46:49, 47:48).
64 kq. Damian Kivior - Heybətulla Hacəliyev 0:3 (45:50, 45:50, 46:49).
75 kq. Tomaş Yablonski - Jaba Xositaşvili - 2:1 (50:45, 47:48, 50:45).
91 kq. Rain Karlson - Abdulqadir Abdullayev TKO R2 1:37

Bu görüşdə idmançıların fərdi reytinqi baxımından üç qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 56 kq çəki dərəcəsində Məhəmməd Qurbanov rəqibini məğlub edərək reytinqdə 1-ci sıradakı mövqeyini möhkəmləndirib. Heybətulla Hacəliyev isə bu qələbədən sonra reytinqdə 2-ci pilləyə yüksəlib. Abdulqadir Abdullayev bu dəfə də rinqi nokautla qələbə qazanaraq tərk edib. Bu dəfə boksçumuzun zərbələri qarşısında estoniyalı Rain Karlson davam gətirə bilməyib.

"Baku Fires" növbəti görüşünü aprelin 11-də Quba Olimpiya Kompleksində "USA Knockouts" klubuna qarşı keçirəcək.

Turnir cədvəli

1. "Astana Arlans" - 33, (döyüşlərin fərqi 46-9)
2. "Baku Fires" - 23, (35-20)
3. "Italia Thunder" - 20, (32-22)
4. "USA Knockouts" - 18, (26-29)
5. "Puerto Rico Hurricanes" - 18, (25-30)
6. "Caciques Venezuela" - 17, (23-32)
7. "Rafako Hussars Poland" - 12, (21-34)
8. "Argentina Condors" - 3, (11-43)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti