...

Kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçirilir

İdman Materials 25 Aprel 2015 17:18 (UTC +04:00)
Azərbaycanda kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçirilir.
Kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanda kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçirilir.

Aprelin 25-26-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçirilir. Trend-in Azərbaycan Basketbol Federasiyasına istinadən verdiyi məlumata görə, turnirdə 10 komanda iştirak edir: 5 yerli və 5 xarici.

Qonaq komandaların sıralarında 3X3 basketbol üzrə dünya reytinqində birinci olan serbləri və ilk üçlükdə yer alan rumınları qeyd etmək lazımdır. Oyunlar aprelin 25-i və 26-da saat 15:00-da başlayır. Final oyununun keçirilməsi aprelin 26-da saat 19:00-da nəzərdə tutulub.

Eyni zamanda, göstərilən turnir çərçivəsində 12 (8 xarici və 4 yerli) hakimin və 15 nəfər texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3X3 basketbol üzrə "Ariva" otelində hakimlər seminarı keçiriləcək. Seminarın nəticələrinə əsasən 2015-ci il iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarının 3X3 basketbol yarışlarında iştirak edəcək hakim heyəti müəyyən ediləcək.

Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və "Samsung" şirkətinin dəstəyi ilə keçirilən beynəlxalq turnir İlk Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti