...

Ulu öndərin xatirəsinə velosiped yürüşü

İdman Materials 28 Aprel 2015 22:33 (UTC +04:00)
Mayın 3-də Bakıda Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq.
Ulu öndərin xatirəsinə velosiped yürüşü

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Mayın 3-də Bakıda Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq.

Federasiyadan Trend-ə verilən məlumata görə, saat 10:00-da başlanacaq tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.

Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir.

Arzu edənlərin mayın 3-ü, saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti