...

Əməkdar məşqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib (FOTO)

İdman Materials 29 May 2015 18:19 (UTC +04:00)
Bu gün AFFA-nın inzibati binasında əməkdar məşqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib.
Əməkdar məşqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Bu gün AFFA-nın inzibati binasında əməkdar məşqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxış edərək Rüstəm Rəhimovla birgə AFFA tərəfindən Ukraynaya ezam olunmaları və Ə.Ələsgərovun dəfn mərasimində iştirak etmələri barədə danışıb, mərhumun ailəsinin göstərilən diqqətə görə Azərbaycan futbol ictimaiyyətinə təşəkkür etdiyini deyib.

Futbol veteranları Çingiz İsmayılov, Fuad Tağızadə, Bəşir Əliyev, Rüstəm Rəhimov, İskəndər Cavadov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Nağı Babayev və Vaqif Sadıqov çıxış edərək Ə.Ələsgərovla bağlı xatirələrini bölüşüb, Azərbaycan futbolunun inkişafındakı əvəzsiz xidmətlərini qeyd edib, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını deyiblər.

Tədbir iştirakçıları Ə.Ələsgərovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti