...

İsgəndər Cavadovdan bəhs edən kitabın təqdimatı olacaq

İdman Materials 27 Sentyabr 2016 16:33 (UTC +04:00)
İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən kitab hazırlanıb.
İsgəndər Cavadovdan bəhs edən kitabın təqdimatı olacaq

Bakı. Trend:

60 yaşını qeyd edən Azərbaycan futbolunun tanınmış nümayəndəsi, "Neftçi" klubunun canlı əfsanəsi İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən kitab hazırlanıb.

Trend-in məlumatına görə, avtobioqrafik xarakter daşıyan kitab "№11 İsgəndər Cavadov" adlanır. Həm Azərbaycan, həm də rus dilində nəşr olunan kitabda məşhur hücumçu haqqında indiyədək bilmədiyimiz və eşitmədiyimiz faktlar toplanıb. Kitabda onun həyatı, futbolçu karyerası, SSRİ dövründə "Neftçi" klubunda baş verənlər barədə düşüncələri dolğun şəkildə oxuculara təqdim olunur.

Kitabın müəllifi ATV kanalının jurnalisti Sənan Şəfizadə, redaktoru Mahir Rüstəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti