...

Bakı-2017: Kamerun yenə də bərabərə qaldı (FOTO)

İdman Materials 11 May 2017 14:35 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışının qrup mərhələsinin oyunları davam edir.
Bakı-2017: Kamerun yenə də bərabərə qaldı (FOTO)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışının qrup mərhələsinin oyunları davam edir.

Trend-in məlumatına görə, millimizin də yer aldığı A qrupunda Kamerun və Mərakeş yığmaları üz-üzə gəliblər.

Bundan əvvəl Azərbaycanla qolsuz bərabərə qalan Kamerun kollektivi bu dəfə də meydandan sülhlə ayrılıb - 1:1.

Xatırladaq ki, birinci turda Mərakeş futbolçuları Səudiyyə Ərəbistanı komandasını minimal hesabla məğlub etmişdilər.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti