...

Jalə Piriyeva: İslam Həmrəyliyi Oyunlarının tarixinə düşmək şansımız var

İdman Materials 12 May 2017 17:18 (UTC +04:00)
Bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramına ilk dəfə salınıb, ona görə də yarışlarda medal qazanan gimnastlar tarixə düşəcək
Jalə Piriyeva: İslam Həmrəyliyi Oyunlarının tarixinə düşmək şansımız var

Bakı. Maksim Tsurkov - Trend:

Bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramına ilk dəfə salınıb, ona görə də yarışlarda medal qazanan gimnastlar tarixə düşəcək.

Bunu Trend-ə azərbaycanlı gimnast Jalə Piriyeva deyib.

J.Piriyevanın sözlərinə görə, İslamiadada çıxış etmək onun üçün böyük məsuliyyətdir, çünki yarışlar doğma Bakıda keçirilir: “Bu, bədii gimnastikanın daxil edildiyi ilk İslam oyunları olduğu üçün biz tarixdə qalacağıq. Biz müsbət nəticə ilə tarixdə qalmaq istəyirik, bunun üçün isə medallar qazanmaq lazımdır”.

Gimnast əlavə edib ki, o, yarışların ilk günündə təsnifat mərhələsində çıxışından razıdır və dörd hərəkətin hər birində finala çıxmaq niyyətindədir: “Mən öz bacarıqlarımın maksimumunda çıxış etmək istəyirəm ki, komanda hesabında qızıl medal qazanmaq şansımız çox olsun. Ümid edirəm ki, məndə, Marina Durundada və Zöhrə Ağamirovada hər şey alınacaq və biz qızıl medal qazanacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti