...

UCI "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılığı yüksək qiymətləndirib (VİDEO)

İdman Materials 23 May 2017 12:42 (UTC +04:00)
Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturunun yüksək təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib.
UCI "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılığı yüksək qiymətləndirib (VİDEO)

Bakı. Trend:

Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturunun yüksək təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib.

Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

Bildirilir ki, AzVİF-ə UCI-dan daxil olmuş məktubda qeyd olunur ki, beynəlxalq federasiyanın şosse velosipedi üzrə yarışlarının komissarları "Tour d’Azerbaidjan-2017"yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da məktubda xüsusi qeyd olunub.

Qeyd edək ki, 5 mərhələdən ibarət "Tour d’Azerbaidjan-2017" veloturunda planetin 18 ölkəsindən 6-sı Pro-Kontinental, 16-sı kontinental olmaqla ümumilikdə 22 komanda iştirak edib. Ümumi təsnifatda yarışın ən yaxşı velosipedçisi adına isə Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov layiq görülüb. Bundan başqa, o "Tour d’Azerbaidjan-2017"nin ən yaxşı dağ velosipedçisi köynəyinə də yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti