...

Yığmamız Avropa çempionatının hazırlığına başlayır

İdman Materials 24 May 2017 17:32 (UTC +04:00)
Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək.
Yığmamız Avropa çempionatının hazırlığına başlayır

Bakı. Trend:

Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.

Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək.

Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.

Xəbər lenti

Xəbər lenti