...

Azərbaycan şirkətinin Serbiyada tikdiyi avtomobil magistralının açılışı olacaq

İqtisadiyyat Materials 5 Noyabr 2016 14:32 (UTC +04:00)
Noyabrın 7-də İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olacaq.
Azərbaycan şirkətinin Serbiyada tikdiyi avtomobil magistralının açılışı olacaq

Bakı. Trend:

Noyabrın 7-də İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizi təmsil edəcək nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan hökuməti və Serbiya höküməti arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilən və baş podratçısı Azərbaycanın “AzVirt MMC” şirkəti olan Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcək.

Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti