Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.İsmayılov/
Dekabrın 28-dən "Azərbaycan Hava Yolları" QSC Tehrana gündəlik uçuşlar həyata keçirməyə başlayacaq. Trend xəbər verir ki, bu barədə QSC-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə, aviaşirkətin təyyarələri dekabrın 28-dən şənbə günləri də Bakıdan Tehrana və əksinə aviareyslər həyata keçirəcək.
Təyyarə Bakıdan yerli vaxtla saat 11:15-də ucaçaq və elə həmin gün saat 13:55-də paytaxta qayıdacaq.
Aviaşirkətin saytında yerləşdirilmiş reyslərin cədvəlinə görə, hazırda QSC-nin təyyarələri Bakıdan Tehrana şənbə günlərindən başqa həftədə altı dəfə reyslər həyata keçirirlər.