...

Xalq Bank "Daha çox köçür, daha çox qazan!" aksiyasına yenidən başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 18:25 (UTC +04:00)
Xalq Bankın filiallarında Western Union, Contact, Privat Money, Blizko, UPT və LİDER təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə "Daha çox köçür, daha çox qazan!" aksiyası çərçivəsində mobil operatorların danışıq dəqiqələri hədiyyə edilir.
Xalq Bank "Daha çox köçür, daha çox qazan!" aksiyasına yenidən başladı

Azərbaycan, Bakı, 27 fevral /Trend/

23.02.2015 - 30.06.2015 tarixləri arasında Xalq Bankın filiallarında Western Union, Contact, Privat Money, Blizko, UPT və LİDER təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə "Daha çox köçür, daha çox qazan!" aksiyası çərçivəsində mobil operatorların danışıq dəqiqələri hədiyyə edilir.

Bu aksiyanın şərtlərinə görə təcili pul köçürmə sistemləri vasitəsilə 500 EUR/500 USD məbləğindən yuxarı pul köçürən və yaxud qəbul edən müştərilərin mobil telefonlarının balansına 1 manat məbləğində danışıq dəqiqələri hədiyyə olaraq yüklənəcək.

Qeyd edək ki, sadaladığımız təcili pulköçürmə sistemləri vasitəsilə dünyanın 200-dən artıq ölkəsinə pul göndərmək və ya almaq mümkündür. "Daha çox köçür, daha çox qazan" aksiyası Xalq Bankın bütün filiallarında həyata keçirilir.

Xalq Bankın bu və ya digər məhsulları haqda ətraflı məlumat almaq üçün Bankın filiallarına, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti