...

Prezident İlham Əliyev: Azərbaycan nəqliyyat qovşağına çevrilir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2015 16:22 (UTC +04:00)
"Biz nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyalar yatırmışıq və hazırda Xəzərdə 25 milyon ton gücündə ən böyük dəniz limanı tikirik. Biz yeddi hava limanı inşa etmişik, bunlardan beşi beynəlxalq səviyyəlidir".
Prezident İlham Əliyev: Azərbaycan nəqliyyat qovşağına çevrilir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Seymur Əliyev/

Hazırda Azərbaycan nəqliyyat qovşağına çevrilir. Trend-in məlumatına əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib: "Biz nəqliyyat infrastrukturuna böyük həcmdə investisiyalar yatırmışıq və hazırda Xəzərdə 25 milyon ton gücündə ən böyük dəniz limanı tikirik. Biz yeddi hava limanı inşa etmişik, bunlardan beşi beynəlxalq səviyyəlidir".

Dövlət başçısı deyib ki, yaxın vaxtlarda Azərbaycan-Gürcüstan-Türkiyə dəmiryolunun tikintisi başa çatacaq və bu dəmiryol xətti Avropa ilə Asiyanı birləşdirəcək.

İlham Əliyev qeyd edib ki, yol Azərbaycandan keçəcək və bu, daşımalar üçün ən rahat yol olacaq: "Bu, geosiyasi əhəmiyyətimizi və investisiyalarımızı artıracaq".

Prezident əlavə edib ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə deyil, məsələn, 1971-ci ildə qazansaydı, yəqin ki, hazırda dünyanın ən varlı ölkələrindən biri olardı: "Bu reallıqdır, lakin biz itirilmiş vaxtın yerini qısa dövr ərzində doldurmağa çalışırıq. Biz azad və müstəqil olmadığımız zaman itirdiyimizi kompensasiya etməyə çalışırıq. Və başa düşürük ki, iqtisadi müstəqillik olmadan siyasi müstəqilliyimiz irimiqyaslı olmayacaq. Buna görə də enerji təhlükəsizliyi, iqtisadi müstəqillik və öz resurslarımıza arxalanma inkişafımızın hərəkətverici qüvvəsidir".

Ölkə başçısı bildirib: "Əlbəttə ki, malik olduğumuz digər imkanlardan, o cümlədən coğrafi mövqeyimizdən də faydalanmağa çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti