...

"PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 95 min manat sığorta ödənişi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2015 19:44 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli sığorta ödənişi həyata keçirib.
"PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 95 min manat sığorta ödənişi verib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

"PAŞA Həyat Sığorta" şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli sığorta ödənişi həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, neft-qaz hasilatının inkişafına dəstək göstərən şirkətlərin birində çalışan işçinin baş vermiş bədbəxt hadisə zamanı xəsarət alması sığorta olunanın peşə əmək qabiliyyətinin 80%-ni itirməsi ilə nəticələnib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası" tətbiq edilməklə zərərçəkmiş şəxsin ailəsinə 94,902 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti