...

"Facebook" istifadəçiləri üçün keçirilən "TuranBank - 23 il" müsabiqəsinin qalibləri məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2015 17:41 (UTC +04:00)
"Turanbank"ın "Facebook" istifadəçiləri arasında keçirdiyi "TuranBank - 23 il" müsabiqəsinin qalibləri Anar Rüstəmov, Yusif Məmmədov və Fərid Seyfullayev oldu.
"Facebook" istifadəçiləri üçün keçirilən "TuranBank - 23 il" müsabiqəsinin qalibləri məlum oldu

Azərbaycan, Bakı, 13 iyul /Trend/

"Turanbank"ın "Facebook" istifadəçiləri arasında keçirdiyi "TuranBank - 23 il" müsabiqəsinin qalibləri Anar Rüstəmov, Yusif Məmmədov və Fərid Seyfullayev oldu.

Bankdan Trend-ə verilən məlumata əsasən, 1-ci yerə sahib olan Anar Rüstəmova 500 AZN mədaxil olunmuş MC Gold, 2-ci yerin sahibi Yusif Məmmədova 300 AZN mədaxil olunmuş MC Standard və 3-cü yerə çıxmış Fərid Seyfullayevə isə 200 AZN mədaxil olunmuş MC Standard plastik kartı hədiyyə olunmuşdur.

Qeyd edək ki, "TuranBank - 23 il" adı altında Facebook istifadəçiləri arasında keçirilən müsabiqənin mövzusu bu il özünün 23 yaşını qeyd edən TuranBankın orijinal şəkildə təbrik olunması idi. Müsabiqədə iştirak etmək üçün istifadəçilər özləri seçdikləri üsulla Bankı təbrik etməli və bu təbriki Banka elektron poçt vasitəsilə göndərməli idilər. İştirakçılardan ən mənalı, ahəngdar və orijinal təbrikin müəllifi olan 3 nəfər qalib seçilmişdir.

Bank özünün Facebook sosial şəbəkəsindəki səhifəsinin izləyiciləri üçün bu qəbildən olan hədiyyəli aksiyaları mütəmadi keçirməyi planlaşdırır.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Müştərilərə maksimal rahat xidmət təklif etmək məqsədilə onlara Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank, müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti