...

Azərbaycanlı iş qadınlarının biznes bacarıqları və maliyyə qurumlarına çıxışı dəstəklənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 09:48 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Avropa Birliyi və İsveçin maliyyə dəstəyi ilə maliyyə idarəetməsinin əsaslarına həsr olunmuş seminar keçirilir.
Azərbaycanlı iş qadınlarının biznes bacarıqları və maliyyə qurumlarına çıxışı dəstəklənir

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Avropa Birliyi və İsveçin maliyyə dəstəyi ilə maliyyə idarəetməsinin əsaslarına həsr olunmuş seminar keçirilir.

AYİB-in Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, 10-11 fevral tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), iş qadınları üçün onların öz sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və işgüzar fəaliyyətlərinin genişləndirilməsinə imkanlar yaradan əsas maliyyə konsepsiyalarını dərindən qavramasına yardımçı olmaq məqsədilə dörd günlük seminarının ikinci sessiyasına başlayıb. İqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən on yeddi qadın sahibkar 10 fevralda bu seminarın ikinci sessiyasında iştirak edib.

"Biz qətiyyətlə inanırıq ki, qadınların sahibkarlıq fəaliyyəti yeni iş yerlərinin yaradılmasında və iqtisadi inkişafın tərəqqisində vacib rol oynayır. Məhz buna görə də, bizim fəaliyyət göstərdiyimiz ölkələrdə, sahibkarlıqla məşğul olan qadınların nailiyyətlər qazanması və bizneslə daha geniş şəkildə məşğul olmaları üçün onlara köməklik göstəririk."

Bu sözləri AYİB Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Kiçik Müəssisələr üçün Məsləhət məsələləri üzrə rəhbəri Cef Ferri bildirib: "Bizim tərəfimizdən təşkil olunan silsilə xarakterli seminar ən mükəmməl beynəlxalq təcrübələrdən qaynaqlanır və seminarın tədris proqramı yerli tələblərə əsasən tərtib olunaraq seminar iştirakçılarına aşılanır. Bu proqram Azərbaycanda sahibkarlıqla məşğul olan qadınların fəaliyyətini təşviq edərək, işgüzar fəaliyyətə daha çox qadının cəlb olunmasını dəstəkləyir."

Bu seminar İlkin Keçid Dövrü Ölkələr Fondu, Avropa Birliyi və İsveç hökuməti tərəfindən maliyyələşdirilən AYİB İş Qadınları Dəstək proqramının bir hissəsini təşkil edir. AYİB özünün tərəfdaş maliyyə qurumlarının xətti ilə Kiçik və Orta Sahibkarlıqla məşğul olan qadın sahibkarlar üçün 50 milyon Avrodan artıq kreditlərin verilməsinə imkanlar yaradacaqdır. Bu məbləğin 9 milyon AVRO məbləği maliyyələşdirilmə zamanı risklərin azaldılması və tərəfdaş banklara texniki dəstəyin göstərilməsi məqsədilə sponsor maliyyələşdirilməsinə ayrılmaqla yanaşı, qadın sahibkarlara biznesin idarə edilməsinə dair tövsiyələrin verilməsi, onlar üçün təlimlərin keçirilməsi və müvafiq olaraq təlimatlandırılmasına xidmət edir.

1993-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bəri, AYİB 700-dən artıq müəssisəyə inkişaf etmək və öz işgüzar fəaliyyətlərini genişləndirmək məqsədilə onlar üçün praktiki bilik və texnologiyaların öyrənilməsində məşvərətçi xidmətlərindən bəhrələnmək imkanları yaratmışdır. Avropa İttifaqı 2003-cü ildən bu fəaliyyəti dəstəkləmək üçün Azərbaycana 3.7 milyon Avro, İsveç Beynəlxalq İnkişaf Agentliyi isə Şərqi Tərəfdaşlıq Ölkələrində sahibkarlıqla məşğul olan qadınların inkişafına 47 milyon isveç kronası dəyərində maliyyə yardımı edib.

64 ölkə və dövlətlərarası müәssisәlәr tərəfindən idarə olunan AYİB bazar iqtisadiyyatı və demokratiyaların inkişafını dəstəkləyir. Bizim fəaliyyətimizi bu internet səhifəsi vasitəsilə, həmçinin Facebook və Twitter sosial şəbəkələrində izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti