...

Azərbaycanda müflis olmuş bankların əmanətçilərinə kompensasiya ödənişi davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2016 11:33 (UTC +04:00)
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Azərbaycanda müflis olmuş bankların əmanətçilərinə kompensasiya ödənişi davam edir

Bakı. Ənvər Məmmədov - Trend:

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir. Bu barədə Trend Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 23 milyon manatdan artıq kompensasiya ödənilib.

30 iyul 2007 -ci ildən Fonda üzv olan "Gəncəbank"ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 821 min manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank"ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 98 milyon manatdan artıq kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Muğanbank" ASC, "Rabitə Bank" ASC,"Unibank" ASC və "Kapitalbank" ASC seçilib.

Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti