...

AccessBank manatla kreditlərin verilməsinə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 10:52 (UTC +04:00)
Azərbaycanda ən böyük kredit portfelinə malik olan banklardan biri AccessBank müştərilərə milli valyutada kredit verməyə davam edir.
AccessBank manatla kreditlərin verilməsinə davam edir

Bakı. Trend:

Azərbaycanda ən böyük kredit portfelinə malik olan banklardan biri AccessBank müştərilərə milli valyutada kredit verməyə davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilər genis filial şəbəkəsi olan AccessBankın filiallarına müraciət edərək manatla həm istehlak, həm də biznes kreditlərini rəsmiləşdirə bilərlər.

Bununla yanaşı, AccessBank Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlıq çərçivəsində ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsi məqsədilə sahibkarlara milli valyutada güzəştli kreditlər təklif etməyə davam edir.

AccessBank-ın kreditlərini bankın köhnə müştəriləri ilə yanaşı, yeni müştərilər də, yəni bankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər, şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd əsasında ala bilərlər.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilər.

Ətraflı məlumatı (012) 151 nömrəli telefondan, bankın internet saytından, rəsmi facebook və twitter səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti