...

"Uber" və "Mastercard" Bakıda birgə aksiya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2016 10:41 (UTC +04:00)
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti və qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” Bakıda birgə aksiya keçirir.
"Uber" və "Mastercard" Bakıda birgə aksiya keçirir

Bakı. Trend:

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti və qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” Bakıda birgə aksiya keçirir.

Aksiya çərçivəsində hər bir yeni “Uber” istifadəçisi hərəsi 10 AZN-dək olan iki ödənişsiz səyahət imkanı əldə edir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona “Uber” əlavəsini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, “Mastercard” kart vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində MasterCardBaku promokodunu daxil edib lazımi ünvana sifariş vermək gərəkdir.

Beləliklə, hər bir yeni istifadəçi isti yay mövsümündə komfortlu avtomobildə tam ödənişsiz səyahət etmək şansı əldə edir. Bu ilin sentyabrın 30-dək keçiriləcək aksiyada “Uber”də yalnız “Mastercard” kartı vasitəsilə qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər. Hər bir yeni istifadəçiyə hərəsinin dəyəri 10 AZN-dək olan ilk iki səyahət tam pulsuz təqdim olunur.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur. Tariflər barədə ətraflı məlumat: https://www.uber.com/cities/baku/.

“Uber” şirkəti haqqında:
“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

“Mastercard” haqqında:
“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Bizi “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrəmizə qoşulub və “Engagement Bureau” xəbərlərimizə yazıla bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti