...

AZAL-ın təyyarəsi yeni rekord vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2016 15:33 (UTC +04:00)
Rio-de-Janeyro hava limanının tarixində AZAL təyyarəsi yeni rekord vurub.
AZAL-ın təyyarəsi yeni rekord vurub

Bakı. Trend:

Rio-de-Janeyro hava limanının tarixində AZAL təyyarəsi yeni rekord vurub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Rio-2016" Olimpiya oyunlarına ölkəmizin idmançılarını çatdıran Azərbaycan Hava Yollarına məxsus Airbus A340-500 sərnişin layneri Rio-de-Janeyronun "Qalean" Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekord vurub. Hava gəmisi 12370 km məsafəni 14 saat 22 dəqiqə ərzində uçub.

Bu barədə “Qalean" hava limanının Facebook sosial şəbəkəsinin rəsmi səhifəsində bildirir: https://www.facebook.com/RIOgaleao/photos/a.1450565018556852.1073741828.1446327678980586/1788924301387587/?type=3&theater

Məqalədə:
Xəbər lenti

Xəbər lenti