...

Rusiyanın daha bir aviaşirkəti Moskvadan Bakıya uçacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2016 19:41 (UTC +04:00)
Rusiyanın "İkar" aviaşirkəti Moskvanın yeni "Jukovskiy" beynəlxalq aeroportundan Bakıya uçuş icazəsi alıb.
Rusiyanın daha bir aviaşirkəti Moskvadan Bakıya uçacaq

Bakı. Trend:

Rusiyanın "İkar" aviaşirkəti Moskvanın yeni "Jukovskiy" beynəlxalq aeroportundan Bakıya uçuş icazəsi alıb.

Trend Rusiyanın hava nəqliyyatı Federal agentliyinin (Rosaviasiya) saytına istinadən xəbər verir ki, şirkət Bakıya həftədə 7 dəfə mütəmadi reyslər həyata keçirəcək.

Bundan başqa "Komiaviatrans" şirkəti Moskva-Lənkəran, Perm-Bakı reyslərini təşkil etmək üçün icazə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti