...

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edildi (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2016 15:51 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edildi (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Bu barədə Trend-ə maliyyə dairələrindəki mənbə məlumat verib.

O bu vəzifəyə 2015-ci ilin iyul ayında 4 il müddətinə seçilmişdi.

Bu təyinata qədər isə E.Məmmədov "Kapital Bank"da (2009-cu ilin iyunundan) və "Azər Türk Bank"da (2014-cü ilin sonundan) İdarə Heyətinin sədri olub.

Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Xatırladaq ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır. O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti