...

ABB-nin Rusiyadakı törəmə strukturunun rəhbərliyində yeni təyinatlar gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2017 18:44 (UTC +04:00)
Yevgeni Bosin Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə strukturu “MBA-Moskva”nın idarə heyətinin sədr müavini vəzifəsinə namizəd qismində təsdiq edilib
ABB-nin Rusiyadakı törəmə strukturunun rəhbərliyində yeni təyinatlar gözlənilir

Bakı. Azad Həsənli - Trend:

Yevgeni Bosin Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə strukturu “MBA-Moskva”nın idarə heyətinin sədr müavini vəzifəsinə namizəd qismində təsdiq edilib.

Trend bu barədə Rusiyanın Korporativ Məlumatların Açıqlanması Mərkəzinə istinadən məlumat verir.

Hazırda Y.Bosin “MBA-Moskva”nın müştəri əməliyyatları departamentinin direktoru vəzifəsində çalışır.

Bundan başqa, bankın maliyyə direktoru Natalya Dmitriyeva “MBA-Moskva”nın baş mühasibi vəzifəsinə namizəd qismində təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti