...

KFW AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ ALMANİYA-AZƏRBAYCAN FONDUNUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ DAİR SAZİŞ LAYİHƏSİ HAZIRLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2005 13:32 (UTC +04:00)

Almaniyanın KfW Yenidənqurma Bankı Azərbaycan hökuməti ilə Almaniya-Azərbaycan Fondunun maliyyələşdirilməsinə dair sazişin layihəsini hazırlayıb. KFW-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, sazişdə ölkədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə Almaniya Yenidənqurma Bankı tərəfindən 20 mln avro vəsaitin ayrılması nəzərdə tutulur.

Azərbaycan Nazirlər Kabinetində Trend ə bildirildiyi kimi, bu layihə ölkə hökumətinin müzakirəsinə verilib, lakin sənəd diqqətlə nəzərdən keçirilməlidir, buna isə vaxt tələb olunur.

Hazırda AAF revolver fondunun qalıqları hesabına maliyyə vəsaiti ayırır. AAF-ın 5 tərəfdaş bankı var: Azerdemiryolbank, Azerigazbank, Bank of Baku, Parabank, UniBank və bank Respublika.

KFW AAF-a 8,7 mln avro, 5,1 mln avro və 3,6 mln avro məbləğində kreditlər ayırıb.

Xəbər lenti

Xəbər lenti