...

İSLAM İNKİŞAF KORPORASİYASININ VƏSAİTLƏRİ HESABINA KREDİTİN AYRILMASINA DAİR LAYİHƏLƏR MÜƏYYƏN EDİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2005 17:10 (UTC +04:00)

UniBank İslam İnkişaf Korporasiyasının vəsaitləri hesabına özəl sektorun maliyyələşdirilməsi üzrə iki layihə hazırlayıb. UniBank-ın idarə heyətinin sədri Faiq Hüseynovun Trend ə bildirdiyi kimi, bu layihələrin ümumi dəyəri 200 min ABŞ dollarıdır.

Bank qısa müddət ərzində vəsaitlərin ayrılmasını gözləyir, belə ki, bu kredit xətti əsasında alınmış avadanlıqlar artıq Azərbaycana gətirilib və lazımi gömrük prosedurlarından keçib.

Bu vəsaitlər hesabına iki yerli şirkət üçün tikinti avadanlıqlarının alınması planlaşdırılır.

Qeyd edək ki, İİB-nin vəsaitləri UniBanka 2004-cü ildə verilib. İİB-nin Azərbaycanda sahibkarlığın maliyyələşdirliməsi üçün ayrmağı planlaşdırdığı vəsaitin ümumi həcmi 7 mln ABŞ dollarıdır (vəsaitlər Azərbaycan Beynəlxalq Bankına, Rabitəbanka və UniBanka verilir), UniBankın payına 1,7 mln ABŞ dolları düşür. Vəsaitlər ödəniş vaxtının bir il uzadılması ilə 6 il müddətinə verilir.

Xəbər lenti

Xəbər lenti