...

UKRAYNANIN TƏXMİNƏN 45 ŞİRKƏTİ QARŞIDAKI AZƏRBAYCAN-UKRAYNA BİZNES-FORUMUNDA TƏMSİL OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2005 17:00 (UTC +04:00)

Ukraynanın təxminən 45 şirkəti qarşıdakı Azərbaycan-Ukrayna iş adamlarının biznes-forumunda təmsil olunacaq.Azərbaycan sahibkarlar təşkilatı Milli konfederasiyasında (STMK) Trend agentliyinə bildirilib ki, bu barədə konfederasiyaya forumun həmtəşkilatçısı olan Ukrayna sənayeçilər və sahibkarlar Birliyinin rəhbəri məlumat verib.

STMK rəhbərliyi öz ukraynalı həmkarlarından məktub alıb.Məktubda bu şirkətlər, onların imkanları və azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsinə dair məqsədləri barədə müfəssəl məlumat verilir.STMK bu məlumatları yerli biznesmenlərin nəzərinə çatdırmağı planlaşdırır.

Məktubda həmçinin göstərilir ki, forum bu ilin payızında Ukrayna prezidenti V.Yuşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriləcək.

Öz növbəsində STMK ukraynalı iş adamlarına ikitərəfli əməkdaşlığın inkişafına dair təxminən 20 yeni layihə təqdim etmək niyyətindədir.Bunların arasında aşağıdakı sahələrə aid layihələr vardır: tikinti, nəqliyyat, əczaçılıq, ağır maşınqayırma, yüngül sənaye, kənd təsərrüfatı və kənd təsərrüfatı alətlərinin istehsalı.

Xəbər lenti

Xəbər lenti