...

DÜŞƏNBƏDƏ MDB VƏ BALTİK ÖLKƏLƏRİ DƏMİRYOLU EKSPERTLƏRİNİN İCLASI BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 14:38 (UTC +04:00)

Avqustun 30-da Düşənbədə MDB və Baltik ölkələri dəmiryolu ekspertlərinin 3 günlük iclası öz işinə başlayıb. Bu barədə Trend ə Azərbaycan Dövdət Dəmiyolu İdarəsindən məlumat verilib.

İclasın gedişində 2006-cı il üzrə tarif siyasəti üzrə müzakirələr aparılacaq. Azərbaycanın Dəmiryolu İdarəsini görüşdə ADDİ-nin tarif-nəqliyyat və servis xidməti rəisinin müavini Hüsaməddin Məlikov təmsil edəcək.

Görüşün iştirakçıları ölkələrin təqdim edəcəkləri təkliflər əsasında tarif siyasətinin layihəsini hazırlayacaqlar. Görüşdə əsas məqsəd MDB və Baltik ölkələrinin tranzit yükləri üzrə tarif siyasətini balanslaşdırmaqdır. Tariflər üzrə yekun sənəd bu ilin oktyabrında Tallində imzalanacaq.

Düşənbədəki görüşdə həmçinin Belorus, Ermənistan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna, Estoniya, Latviya və Litvanın nümayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti