...

AZƏRBAYCANLA ŞİMALİ KİPR ARASINDA MAL DÖVRİYYƏSİ 100 MİLYON DOLLARADƏK ARTA BİLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 17:57 (UTC +04:00)

Azərbaycanla Şimali Kipr arasınla mal dövriyyəsinin 100 milyon dollaradək artırılması nəzərdə tutulub. Bu barədə Trend ə avqustun 30-da Azərbaycan-Türkiyə Sahibkarları Cəmiyyətinin (ATSC) Əhməd Ərəntok bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında mal dövriyyəsi çox aşağı səviyyədədir və iqtisadi əlaqələr bir ay əvvəl yaradılıb. "Biz Azərbaycanla Şimali Kipr arasında iqtisadi əlaqələrin inkişafına yardım etmək niyyətindəyik. Şimali Kiprdən olan sahibkarlar Azərbaycanda portağal, zeytun və qoz istehsalında maraqlıdırlar. Şimali Kiprə səfəri zamanı Atasanaye (Ata Holding-in müəssisəsi) rəhbərliyi yerli sahibkarlarla ilkin danışıqlar aparıb və müəyyən razılıq əldə edilib. Danışıqlar həmçinin Azərbaycan sahibkarlarının və Şimali Kiprtn rəsmi şəxslərinin səfərləri çərçivəsində də davam etdirilir "- deyə o qeyd edib.

Ə.Ərəntok həmçinin bildirib ki, ATSC zyüz yerlik müəssisənin yaradılmasında da maraqlıdırlar.

Xəbər lenti

Xəbər lenti