...

"GENERAL MEHMANDAROV" GƏMİSİNDƏ TÜSTÜLƏNMƏNİN SƏBƏBLƏRİ MƏLUM OLUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2005 12:52 (UTC +04:00)

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (KASPAR) "Xəzərdənizgəmitəmiri" İstehsalat Birliyinin (İB) bazasında təmirə dayanmış "General Mehmandarov" gəmisinində tüstülənmənin səbəblərinin araşdırılması başa çatdırılıb. KASPAR-dan Trend ə verilən məlumata görə, aparılan araşdırlmalar nəticəsində gəminin korpus-qaynaq işçilərinin aə gəmi heyətinin səhlənkarlığı nəticəsində baş verdiyi müəyyən edilib.

"Yaradılan komissiya müəyyən edib ki, avqustun 19-da saat 07:10-da korpusun qaynaq sexinin 3 işçisi gəmi heyətini məlumatlandırmadan, icazəsiz "General Mehmandarov" gəmisinin dibində qaynaq işləri aparmağa başlayıblar. Bu zaman nəzarətdən kənarda qalmış mazutlu əskilər alışıb yanmağa başlayıb və bunun da nəticəsində elektrik ötürücüsü xəttinin izolyasiyası sıradan çıxaraq tüstülənməyə başlayıb. Həmçinin gəmi heyəti gəminin təmtiri zamanı təhlükəsizlik tədbirləri həyata keçirməmiş və maşın şöbəsində təhlükəsizlik qaydalarına riayət etməyiblər ", - deyə idarədən bildiriblər.

KASPAR-ın rəisinin əmri ilə qaynaq sexinin 3 fəhləsinin əmək haqqı aşağı salınaraq onlara şiddətli töhmət verilib. Həmçinin, kapitan və baş mexanik də daxil olmaqla gəminin idarə heyətinin 4 üzvünün vəzifələri aşağı salınıb.

Xəbər lenti

Xəbər lenti