...

"CREDITAGRO" QEYRİ-BANK KREDİT TƏŞKİLATININ FƏALİYYƏTİNİN 5 İLLİYİ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2005 16:15 (UTC +04:00)

Sentyabrın 14-də "CreditAgro" qeyri-bank kredit təşkilatının fəaliyyətinin beş illiyi ilə əlaqədar mərasim keçirilib. Bu barədə Trend məlumat yayıb.

Təşkilat 2000-ci ildə Azərbaycanın kənd təsərrüfatı sektoruna kreditlərin paylanması məqsədilə yaradılıb və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi hesabına fəaliyyət göstərir.

Son illər "CreditAgro" Azərbaycanın 20 regionunda nümayəndəliyini açıb və 3 600 sahibkara ümumi məbləği 17 milyon dollar olan kredit verib.

"CreditAgro"-nun direktoru Eldar Cəfərovun sözlərinə görə, bu gün onun başçılıq etdiyi şirkətin kredit portfeli 4.3 milyon dollar həcmindədir. Təşkilatın fəal müştərilərinin ümumi sayı 1060 nəfər, kreditlərin orta həcmi isə 4 min dollar təşkil edir.

Mərasimdə iqtisadi inkişaf naziri Fərhad Əliyev, Milli Məclisin iqtisadi siyasət üzrə daimi parlament komissiyasının sədri Səttar Səfərov, ABŞ-ın Bakıdakı səfiri Rino Harniş, USAID-ın Azərbaycan üzrə direktoru Cim Qogin, ACD/IOCA beynəlxalq təşkilatının vitse-prezidenti Frederik Smit iştirak edib.

Xəbər lenti

Xəbər lenti