...

MİKAYIL CABBAROV: İKİ İL ƏRZİNDƏ AZƏRBAYCAN İLƏ ALMANİYA ARASINDA MAL DÖVRİYYƏSİ MİNİMUM 50% YÜKSƏLƏ BİLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2005 15:10 (UTC +04:00)

"Cari ilin yeddi ayı ərzində Almaniya ilə Azərbaycan arasında mal dövriyyəsi $148 mln. təşkil edib". İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov Trend ə bildirib ki, həmin göstəricinin artımı ötən ilin anoloji göstəricisi ilə müqayisədə 8,4% təşkil edib.

"Mal dövriyyəsi inkişafının potensialı daha zəngindir, Azərbaycan iqtisadiyyatı sürətli templə inkişaf etdirilir və məhsulumuzun ixrac edilməsi üçün bizdə imkanlar vardır.Dövlət orqanının nümayəndəsi kimi mənə Almaniya ilə Azərbaycan arasında mal dövriyyəsinin inkişafı perspektivləri barədə danışmaq çətindir, belə ki, bunlar özəl şirkətlər tərəfindən həyata keçirilir.Biz isə əməkdaşlıq üçün zəmin yaradırıq.Amma bizim sahibkarlarımızın məqsədlərindən çıxış edərək demək olar ki, gələcək iki il ərzində ölkələrimiz arasındakı mal dövriyyəsi minimum 50% yüksələcək" -deyə M.Cabbarov qeyd edib.

Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycanın Almaniyadakı ixracı strukturunda kimyəvi sənaye məhsulları, xüsusilə neft-kimya və boyalar kimi müxtəlif mallar vardır. "Biz kənd təsərrüfatı məhsullarının ixracında maraqlıyıq.Məhsulun bu növünün ixracı üçün bizdə imkanlar vardır" -deyə M.Cabbarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti