...

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvlərinin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2005 13:42 (UTC +04:00)

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvlərinin sayı artıb. Assosiasiyanın sədri, "Atalizinq" şirkətinin rəhbəri Ceyhun Məmmədbəylinin Trend ə bildirdiyinə görə, Assosiasiyanın sonuncu iclası zamanı növbəti lizinq şirkətinin üzvlüyə qəbulu haqqında qərar qəbul olunub.

"Müvafiq ərizə "Texnikalizinq" şirkəti tərəfindən verilib və onun üzvlük məsələsi müsbət həll edilib. Hazırda Assosiasiya lizinq əməliyyatları həyata keçirən 11 təşkilatı birləşdirir", - deyə o bildirib.

Daha iki şirkət Assosiasiya ilə müvafiq müzakirələr aparır, lakin onların adları hələlik açıqlanmır. "Bu şirkətlər ərizə ilə müraciət etməyib, lakin bu istiqamətdə müzakirələr aparılır. Şirkətlərin üzvlüyə qəbul olunması onların həmin məsələdə fəallığından asılıdır", - deyə C.Məmmədov qeyd edib.

Bu gün ölkədə lizinq əməliyyatı ilə məşğul olan 15 təşkilat fəaliyyət göstərir.

Assosiasiyanın növbəti iclası dekabrın birinci yarısında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti