...

Azərbaycanın beynəlxalq təşkilatlarla gömrük sahəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2005 18:33 (UTC +04:00)

Noyabrın 14-də Fransada, Lion şəhərində piratlıq və saxtalaşdırma ilə mübarizə üzrə öz işinə başlamış II qlobal konfransda Azərbaycanın beynəlxalq təşkilatlarla gömrük sahəsində əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.Dövlət Gömrük Komitəsində (DGK) Trend ə bildirilib ki, tədbirdə DGK-nin sədri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Konfrans zamanı K.Heydərovun bir sıra beynəlxalq təşkilatların və gömrük xidmətlərinin rəhbərləri ilə görüşləri keçirilib.Dünya Gömrük Təşkilatının (DGT) prezidenti Mişel Dane ilə görüşündə DGK-nin başçısı onu intellektual mülkiyyətin müdafiəsi sahəsində gömrük orqanları tərəfindən həyata keçirilən işlər barədə məlumatlandırıbfikir mübadiləsi aparılıb.

Sonra əməkdaşlıq məsələləri İNTERPOL-un baş katibi Ronald Nobl ilə də müzakirə edilib. DGK sədri görüşdə gömrük buraxılış məntəqələrində kütləvi silahıni qeyri-qanuni keçirilməsi, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması ilə bağlı aparılan tədbirlər barədə məlumat verib.

"Görüşdə Ronald Nobl K.Heydərovun Azərbaycana yaxın vaxtlarda səfər dəvətini məmnunluqla qəbul edib" -deyə DGK-də bildirilib.

Ümumiyyətlə konfransda piratlıq və saxtalaşdırma, müəllif hüquqlarının pozulması, eləcə də müxtəlif ticarət markalarının saxtalaşdırılması ilə mübarizənin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.

Tədbirin yekun hesabatında piratlıq və saxtalaşdırma ilə mübarizənin istiqamətləri müəyyən edilib.

Tədbirin təşkilatçıları DGTvə İNTERPOL olub. Konfrans həmçinin Dünya İntellektual Mülkiyyət Təşkilatının, beynəlxalq aparıcı QHT, saxtalaşdırma ilə mübarizə üzrə qlobal ticarət rəhbərləri Alyansı, Beynəlxalq ticarət nişanları Assosiasiyası və beynəlxalq təhlükəsizliyin idarə edilməsi Assosiasiyasının iştirakı və köməyilə keçirilirdi.

Xəbər lenti

Xəbər lenti