Almaniyanın KfW İnkişaf Bank qrupunun üzvü DEG investisiya şirkəti səhmdar-kommersiya bankı olan Bank Respublikaya ikinci kreditini ayıracaq. Bankın müşahidə şurasının sədri Elçin Qulievin Trend ə bildirdiyi kimi, aprel ayında ayrılmış $2 mln məbləğində kreditə daha $3 mln da əlavə olunacaq.
"Vəsaitlər 4 il müddətinə ayrılacaq. Kreditin genişləndirilməsi hələ yay aylarında ayrılmış birinci kredit xəttinini bank tərəfindən operativ mənimsənilməsilə əlaqədardır", - deyə E.Quliyev qeyd edib.
Birinci kredit LIBOR+5% və 2 il güzəşt dövrü ilə 5 il müddətinə ayrılıb. 2005-ci ildən bankın nominal dəyəri 4,84 mlrd manat olan aksiyalarının 16,7%-i DEG şirkətinə məxsusdur. 2-3 il ərzində şirkət Azərbaycanın maliyyə sektoruna 30 mln dollara qədər vəsait qoymağı planlaşdırır.