...

İİB-nin Azərbaycandakı investisiya forumu özəl sektora yönəldiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2005 18:24 (UTC +04:00)

Azərbaycan hökuməti və İslam İnkişaf bankı (İİB) Bakıda həmin bankın iştirakı ilə təşkil ediləcək investisiya forumunun konsepsiyasına dair nəticə çıxarıb. AR hökumətində Trend ə bildirilib ki, foruma hazırlıq üçün noyabrın 28-də İİB missiyasının gəlişi gözlənilir.

"Missiya forumun keçirilməsində istifadə olunacaq Bakı mehmanxanalarının və digər infrastrukturların vəziyyəti ilə tanış olacaq, maraqlı idarələrdə görüşlər keçirəcək. İqtisadi inkişaf Nazirliyi tərəfindən keçirilən investisiya konfranslarına bənzəyən Forum investisiyaların özəl sektora cəlb edilməsinə yönəldiləcək. Forumun 2006-cı ilin aprelində keçirilməsi planlaşdırılır" -deyə Nazirlər Kabinetində bildirilib.

Xəbər lenti

Xəbər lenti