...

Standard Insurance AOİ-nin "etibarlı" siyahısına daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 14:13 (UTC +04:00)

Standard Insurance sığorta şirkəti ən iri Lloyds brokerlərindən biri olan AOİ-nun Security List yaxud "etibarlı şirkətlər siyahısı"na daxil edilib. Trend in məlumatına əsasən, noyabrın 29-da Standard Insurance şirkətinin yaydığı məlumatda deyilir ki, AON şirkətlər qrupu Standard Insurance-in fəaliyyətinin əsas göstəriciləri və nəticələri, eləcə də şirkətin artım tempinin sığorta şirkətləri fəaliyyətinin beynəlxalq normalarına müvafiq olmasını nəzərə alaraq belə bir qərara gəlib. Fəliyyətin təhlilində "Standard&Poor`s", "A.M.Best" və "Thomson Financial" kimi qiymətləndirmə sistemi metodikasından istifadə olunub. Şirkət həm AON şirkətlər qrupu, həm də ABŞ Bazarın Etibarlılığın Təmin edilməsi Departament (Çikaqo) və Beynəlxalq Bazarın Etibarlılıq Departamenti (London) tərəfindən tanınıb.

Sənəddə qeyd olunur ki, şirkət üçün tarixdə çox vacib olan bu hadisəni şərh edərkən şirkətin Baş direktoru Kamal İbrahimov xüsusilə deyib ki,: "Əhalinin bizim şirkətə olan etibarının artması ilə birgə bizim müştərilərin sayı da artır və bu, gələcək təkamülün və inkişafın birinci dərəcəli stimuludur. Biz nailiyyətlərimiz üzərində qalmağı düşünmürük. Şirkət yeni məhsulların işlənib-hazırlanması üzərində çalışmağı, eləcə də artıq mövcud olan paketə əlavə xidmətlərin tətbiqini davam etdirir. Digər tərəfdən, yeni agentlərin cəlb edilməsi, habelə nümayəndəlik və filialların açılması vasitəsilə müştərilərə birbaşa xidmət məkanının xeyli genişləndirilməsi planlaşdırılır".

Bu, milli sığorta bazarının tarixində ilk hadisədir ki, Azərbaycan şirkəti Lloyds brokerlərinin Security List -nə daxil edilib və dünya standartlarına müvafiq olaraq beynəlxalq meyarların yerinə yetirilməsində sayca ikinci şirkətdir.

Xatırladaq ki, bu il Standard Insurance şirkəti beynəlxalq ISO 9001-2000 keyfiyyət sertifikatını alıb.

Xəbər lenti

Xəbər lenti