...

Azərbaycan bal istehsalını 40 min tona qədər artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 13:16 (UTC +04:00)

Azərbaycan bir neçə ildən sonra bal istehsalını hazırki 10-11 min tondan 40 min tona qədər çatdırmaq niyyətindədir. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu, arı ailələrinin miqdarının hazırki 100 mindən 500 minə qədər artırılması hesabına mümkün ola bilər.

"Azərbaycanın regionlarında bu məhsulun istehsalını artırmaq üçün bütün zəruri şərait mövcuddur. Məsələn, istehsal üçün bütün şəraitin olduğu yerlər mövcuddur, lakin onlar fəaliyyət göstərmir. Məhz bu regionlardan istifadə hesabına bal istehsalının artırılmasını gözləmək olar", - Kənd Təsərrüfatı Nazirliyindən qeyd edilib.

2005-ci ildə ölkədə 10 min ton bal istehsal olub ki, bu da 2004-cü ilin analoji dövründəkindən 5 min ton çoxdur.

Azərbaycanda arıçılıq əsasən Daşkəsən, Lerik, Yardımlı və digər rayonlarda inkişaf edir.

Bununla yanaşı, dövlət strukturundan bildirib ki, 2006-cı ilin sentyabrında Azərbaycanda arıçılıq sərgi-yarmarkasının keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti