...

AH-100-140 təyyarəsinin "qara qutu"sunun oxunması yanvarda başa çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2006 18:23 (UTC +04:00)

Dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğramış AH-100-140 təyyarəsinin "qara qutu"sunun oxunması yanvarda başa çatdırılacaq. Bu barədə Trend ə AZAL DK-də bildirilib.

Hazırda məlumatın bir hissəsi oxunub. Proses tərkibinə DK, Azərbaycanın Baş Prokurorluğu, DİN, MTN, Xarkov dövlət aviasiya müəssisəsi (Ukrayna), Dövlətlərarası aviasiya komitəsi nümayəndələri və digərlərinin qatıldığı komissiya tərəfindən həyata keçirilir. "İşlər tamamilə başa çatdıqdan sonra biz qəzanın səbəbini rəsmən bildirə bilərik" -deyə DK nümayəndəsi bildirib.

"Qara qutu"nun oxunmasına dekabrın 27-də Azərbaycanda AZAL DK-nin bazasında başlanılıb. "Qara qutu" təyyarənin bütün sistemi üzrə 700 parametri qeydə alır. Xatırladaq ki, təyyarənin qəzaya uğraması nəticəsində 18 sərnişin və 5 ekipaj üzvü həlak olub. AZAL DK-yə məxsus təyyarə saat 22.19-da Heydər Əliyev adına beynəlxalq hava limanından Bakı-Aktau marşrutu ilə havaya qalxıb və 8 dəqiqədən sonra qəzaya uğrayıb. Təyyarənin dəyəri $9,1 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti