"Rusiya və Azərbaycan: strateji tərəfdaşlıq" biznes-iqtisadi forumunun ilkin proqramı ötən şənbə Azərbaycan-Rusiya iqtisadi forumunun keçirilməsi üzrə təşkilat Komitəsinin toplantısında müzakirə edilib. Bu barədə Trend ə hökumətdə bildirilib.
İlkin məlumatlara görə, tədbir üç gün (2006-cı il fevralın 22-dən 24-dək) keçiriləcək, bununla belə günlərin sayının azaldılması imkanı nəzərdən keçirilir. Bundan başqa, proqramda bir sıra məsələlərin birləşdirilməsi nəzərdə tutulur.Biznes-forumda ölkələrin əməkdaşlığı üçün ikitərəfli imkanlar, investisiya layihələri, sahələrin inkişafı ilə bağlı geniş məlumat təqdim ediləcək, sahibkarların dəyirmi masa arxasında ayrıca görüşləri keçiriləcək.
Biznes-forumun təşkilatçıları Azərbaycan-Rusiya işgüzar əməkdaşlıq palatası, Ümumrusiya Azərbaycan konqresi və AR iqtisadi inkişaf Nazirliyidir. Gələn həftə proqram maraqlı tərəflərlə tamamilə razılaşdırılmalıdır. Biznes-forumun işində təqribən 400 qonaq iştirak edəcək. Bu tədbir Azərbaycanda Rusiya ili çərçivəsində, həm də RF prezidentinin Azərbaycana səfəri həmin ərəfədə həyata keçirildiyi üçün onun da burada iştirakı istisna edilmir.