...

Milli Bankın İdarə Heyəti bankların vəziyyətinin qiymətləndirilməsi üzrə hesabata baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2006 18:32 (UTC +04:00)

Milli Bankda 2006-cı il yanvarın 1-nə olan vəziyyətə görə 25 mlrd. manat (5 mln. AZN) təşkil etməli olan bankların ümumi kapitalının minimal ölçüsü üzrə normativ tələblərin yerinə yetirilməsi ilə bağlı texniki müzakirələr başa çatıb.

AMB-nın İdarə Heyətinin üzvü, kredit təşkilatların fəaliyyətinə nəzarət üzrə Departamentin rəhbəri Rüfət Aslanlının Trend ə verdiyi məlumata görə, hər bir bankın vəziyyətinin qiymətləndirilməsinin nəticələri üzrə hesabat hazırlanıb ki, həmin sənəd baxılmaq üçün Milli Bankın İdarə Heyətinə təqdim ediləcək.

"Ciddi narahatlıq yoxdur. Əks təqdirdə, Milli Bank yubanmadan öz reaksiyasını ifadə edərdi", - deyə R.Aslanlı bildirib.

MB-nın İdarə Heyətinin təsdiqlədiyi qrafikə görə, 2006-cı il yanvarın 1-i üçün müəyyən edilən normativ tələblər 6,400 mln. AZN, 2007-ci il yanvarın 1-i üçün isə 8,200 mln. AZN təşkil edir. İki il ərzində hər bankın ümumi kapitalının minimum ölçüsü 10 mln. AZN təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti