...

Neftçalanın kəndinə ilk dəfə qaz verilib

Energetika Materials 27 Aprel 2016 17:12 (UTC +04:00)
Neftçalanın Xoltəzəkənd kəndinə ilk dəfə təbii qaz verilib
Neftçalanın kəndinə ilk dəfə qaz verilib

Bakı. Trend:

Aprelin 27-də Neftçala rayonunun Xoltəzəkənd kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 118 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 998 metrlik müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti