...

SOCAR və BP Xəzərdə geoloji-kəşfiyyat işləri ilə bağlı müqavilə imzalayacaq

Energetika Materials 25 May 2016 15:54 (UTC +04:00)
SOCAR Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun potensial perspektiv strukturlarında geoloji-kəşfiyyat işlərinin aparılması üçün payızda BP ilə müqavilə imzalamağı planlaşdırır.
SOCAR və BP Xəzərdə geoloji-kəşfiyyat işləri ilə bağlı müqavilə imzalayacaq

Bakı. Azad Həsənli - Trend:

SOCAR Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun potensial perspektiv strukturlarında geoloji-kəşfiyyat işlərinin aparılması üçün payızda BP ilə müqavilə imzalamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu brifinqdə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, həmin işlərə bu ilin sonunda başlamaq mümkün olacaq: "Hazırda D230 blokunda heç bir infrastruktur yoxdur, daha əvvəl bu ərazidə iş aparılmayıb".

Qeyd edək ki, ötən gün BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti