...

Qubanın kəndində küçələr günəş enerjisi ilə işıqlandırılacaq (FOTO)

Energetika Materials 9 İyun 2016 18:17 (UTC +04:00)
Bu gün Quba rayonunun Rustov kəndinin sakinləri küçələrin günəş enerjisi ilə işıqlandırılması layihəsinin başa çatmasını qeyd ediblər.
Qubanın kəndində küçələr günəş enerjisi ilə işıqlandırılacaq (FOTO)

Bakı. Trend:

Bu gün Quba rayonunun Rustov kəndinin sakinləri küçələrin günəş enerjisi ilə işıqlandırılması layihəsinin başa çatmasını qeyd ediblər.

ABŞ-ın Azərbaycan səfirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ səfirliyi, İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub. Münasib küçə işıqlandırılması sistemi olmadığından Rustov sakinləri küçələri işıqlandırmaq üçün evlərin qarşısında səmərəsiz quraşdırılmış işıqlardan istifadə ediblər. Gecə saatlarında icmada gediş-gəliş, xüsusilə də piyadalar və payız-qış aylarında qaranlıqda məktəbə gedən şagirdlər üçün çətin və təhlükəli idi.

EWMI-in dəstəyi ilə icma üzvləri innovativ həll yolu taparaq küçə işıqlandırılması üçün günəş enerjisindən istifadə etmək qərarına gəldilər. İcma üzvləri kəndin əsas küçəsində 20 günəş paneli quraşdırıblar ki, bundan kəndin 1600 sakini faydalana biləcək. Münasib işıqlandırma ilə yanaşı günəş enerjisi davamlı olaraq elektriklə təmin edəcək, ətraf mühitə müsbət təsir edəcək və elektrik enerjisinə xərcləri azaldacaq.

2011-ci ildən, USAID-in dəstəyi ilə EWMI təşkilatı Azərbaycanın 69 icmasında 100,000-dən çox insana fayda verən 79 layihə tamamlayıb. SEDA proqramı vasitəsilə EWMI təşkilatı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət qurumları arasında əməkdaşlığı təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti