...

Cəlilabadın Kövüzbulaq kəndinə ilk dəfə təbii qaz verildi

Energetika Materials 20 Oktyabr 2016 15:48 (UTC +04:00)
Oktyabrın 20-də Cəlilabad rayonunun Kövüzbulaq kəndinə ilk dəfə təbii qaz verilib.
Cəlilabadın Kövüzbulaq kəndinə ilk dəfə təbii qaz verildi

Bakı. Trend:

Oktyabrın 20-də Cəlilabad rayonunun Kövüzbulaq kəndinə ilk dəfə təbii qaz verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 222 abonentlik Kövüzbulaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21745 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. O da vurğulanıbki, hazırda rayonun Gülməmmədli və Xəlilabad kəndlərində də qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti