...

Neftimiz yenə ucuzlaşıb

Energetika Materials 27 May 2017 13:08 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 26-da 52,71 dollar/barel təşkil edib
Neftimiz yenə ucuzlaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 26-da 52,71 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,21 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 26-da 51,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 26-da 48,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 26-da 51,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,35 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti