...

KFW-NİN AZƏRBAYCANDA ENERGETİKA LAYİHƏLƏRİ ÜZRƏ MİSSİYASI BAŞA ÇATIB

Energetika Materials 12 Avqust 2005 15:28 (UTC +04:00)

Bu gün Bakıda Almaniyanın KfW yenidənqurma bankının energetika üzrə iki eksperti Azərbayxanda avqustun 8-də başlanılmış missiyanı başa çatdırıb.

KfW -nin Bakıdakı nümayəndəliyində bildirilib ki, ekspertlər elektrik enerji - ötürücü sistemin yenidən qurulmasının ikinci mərhələsinin gerçəkləşdirilməsini müsbət qiymətləndirib və Azərbaycanın Goranboy-İmişli SES 330 kVt EÖX-nin çəkilməsinin maliyyələşdirilməsi perspektivlərini müzakirə edib.

"Bank yarımkommersiya şərtləri ilə 30 mln. avroyadək verməyə hazırdır.Bununla kreditləşdirmə dövrü ödəmə müddətinin müxtəlif uzadılması ilə 12-15 il təşkil edə bilər.Uzadılma müddəti böyük olsa, kreditləşdirmə və faiz tarifləri artırılır.KfW həmin layihə üçün mübarizədə digər kommersiya bankları ilə rəqabət aparacaq.

Buna görə bank Azərenerji ASC-yə maliyyələşdirmə sxemi üzrə təkliflər verməli və ölkə hökumətinə maliyyələşdirmənin cəlb edilməsinə icazə üçün müraciət etməlidir " -deyə nümayəndəlikdə bildirilib.

Əvvəllər KfW energetika layihələrini ölkədə güzəştli şərtlərlə - 40 il müddətə 0,75% illik olmaqla 10 il güzəştlə maliyyələşdirirdi.

Azərbaycanın Goranboy-İmişli SES EÖX-nin uzunluğu seçilmiş yol marşrutundan asılı olaraq 100-110 kilometr təşkil edə bilər.EÖX ölkənin qərbindən şərqinə elektrik enerjisi axınının yaxşılaşdırılması, cənub regionlarının enerji təchizatının təkmilləşdirilməsi, Azərbaycanla İran arasında axının potensial artırılmasının texniki imkanlarının yaradılması üçün nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti