...

AZNEFTKİMYAMAŞ- A BEYNƏLXALQ STANDARTLARIN TƏTBİQ EDİLMƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İŞLƏR HƏYATA KEÇİRİLİR

Energetika Materials 5 Sentyabr 2005 21:00 (UTC +04:00)

Azneftkimyamaş ASC-nin yeni layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. ASC-də Trend ə bildirilib ki, layihə TACIS proqramları çərçsivəsində gerçəkləşdirilir və ASC-nin bir sıra müəssisələrində beynəlxalq standartların tətbiqi nəzərdə tutulur.

ASC-də bildirilib ki, hazırda müəssisələrdə layihənin tətbiq edilməsi üçün hazırlıq işləri aparılır.İlkin mərhələdə layihə 5 müəssisədə -Bakı fəhləsi maşınqayırma zavodunda, Sabunçu elm-istehsalat birliyində, Sərdarov adına maşınqayırma zavodunda Balaxanı və Səbael maşınqayırma zavodlarında gerçəkləşdiriləcək və hazırda bu müəssisələrin ISO sertifikatı vardır və bunlar ISO ticarət markası ilə məhsul istehsal edir.

Layihə test avadanlığının alınması və API (American Petroleum Institute) üzrə standartlaşdırmaya dair treninqdərin keçirilməsini nəzərdə tutur.

Layihənin dəyəri 18 ay müddətinə 500 min avro. Təşkil edir və vəsaiti TACIS verir.

Xəbər lenti

Xəbər lenti