...

BARMEK AZERBAYCAN KÖHNƏ TRANSFORMATORLARIN QURAŞDIRILMASI İLƏ BAĞLI PROBLEMİ HƏLL EDİB

Energetika Materials 3 Oktyabr 2005 17:56 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enrjipaylayıcı şəbəkəsinin operatoru) köhnə transformatorların quraşdırılması ilə bağlı problemi həll edib.Bu barədə Trend ə şirkətdə bildirilib.

"16 köhnə transformatorun quraşdırılması faktı müəyyən edildikdən sonra şirkət rəhbərliyi bu işdə iştirak edən əməkdaşlara qarşı cəza tətbiq edib.Hazırda bu transformatorlar yeniləri ilə əvəz edilir.Bu hadisə nəticəsində şirkətə və dövlətə zərər dəyməyib"-deyə şirkətdə qeyd edilib.

Bu hadisə ilə bağlı olaraq şirkətin əməkdaşları - texniki əməliyyatlar departamentinin rəisi Mahir Novruzov və Suraxanı enerji şəbəkəsinin keçmiş rəisi Etibar Nəsibov 400 mln. manat ($87,3 min) məbləğində dövlət əmlakının oğurlanmasında şübhə səbəbi ilə sentyabrın 14-də AR vergilər nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.Nazirliyin əməkdaşları tərəfindən onların evlərində, iş yerlərində və avtomobillərində axtarış aparılıb. Barmek Azerbaycan -ın işçilərinə qarşı 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan 179.3.2 maddəsi ilə cinayət işi qaldırılıb.

Sentyabrın 16-da Xətai rayon məhkəməsi Barmek Azerbaycan-ın işçilərinin qəti imkan tədbiri kimi üç ay müddətinə həbsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti